Alimlər uzun ömrlülüyün sirrini tapdı -   100 qramı 2 manatdır

saytların hazırlanması

Evə çatdırılma

Alimlər uzun ömrlülüyün sirrini tapdı - 100 qramı 2 manatdır

Maraqlı

10 Noyabr 2025 21:52 3119


Alimlər uzunömürlülüyün sadə formulunu açıqlayıblar.

“Yeni Sabah” xəbər verir ki, Böyük Britaniya alimlərinin bu barədə araşdırması "British Journal of Nutrition" (BJN) jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, düzgün nisbətdə qəhvə, çay və su içmək ömrü uzada bilər. Ən aşağı erkən ölüm riski gündə təxminən 7-8 fincan içki qəbul edənlərdə qeydə alınıb. Burada ideal nisbət: iki fincan qəhvə, üç fincan çay. Sezar pizza

Araşdırma UK Biobank-dan 182 mindən çox iştirakçının məlumatları əsasında aparılıb və onları 13 il boyunca izləyiblər. "Balanslı rejim"ə riayət edən şəxslər ürək-damar, tənəffüs və həzm sistemi xəstəliklərindən daha az ölüb. Gündə dörd fincandan az içki effekt vermir.

Alimlər izah edirlər ki, qəhvə xlorogen turşusu ilə damarları və bağırsağı qoruyur, çay isə iltihab əleyhinə katexinlər ehtiva edir. Birlikdə bunlar orqanizmin antioksidant müdafiəsini gücləndirir.

Eyni zamanda mütəxəssislər xəbərdarlıq edirlər ki, qəhvənin həddindən artıq (gündə üç fincandan çox) qəbulu yuxusuzluq və ürək döyüntülərinin artmasına səbəb ola bilər. Buna görə miqdarın düzgün tənzimlənməsi vacibdir. (Milli.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!