Alimlər virusları tələyə salan nanokapsulalar hazırlayıb

saytların hazırlanması

Evə çatdırılma

Alimlər virusları tələyə salan nanokapsulalar hazırlayıb

Maraqlı

16 İyul 2021 10:14 911


Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni bir yanaşma təklif ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Nature Materials” jurnalında dərc edilib.

Bildirilib ki, virusları tələyə salan və udan nanokapsulalar genetik material əsasında yaradılıb. Dördpendirli pizza

Müəlliflər inkişaf etdirdikləri metodun yeni “SARS-CoV-2”yə qarşı da effektli olacağına inanırlar.

Almaniyanın Münhen Texniki Universitetin, “Helmholtz” Mərkəzinin və ABŞ-ın “Brendays” Universitetinin tədqiqatçıları virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən DNT-dən ibarət nanostrukturlar inkişaf etdiriblər.

Qeyd edək ki, 1962-ci ildə bioloq Donald Kaspar və biofizik Aaron Kluq virusların protein qabıqlarının qurulduğu həndəsi prinsipləri kəşf ediblər. Lakin o dövrdə elm adamları, bir virusun dəliklərindən keçəcəyi qədər böyüklükdə içi boş cisimlər yarada bilməzdilər.

Münhen Texniki Universitetinin biyomolekulyar nanotexnologiya professoru Hendrik Dietzin rəhbərliyi altında çalışan işçi qrup isə bu xüsusiyyətlərə əsaslanaraq DNK-dan virus ölçüsündə öz-özünə yığılmış obyektlər yaratmaq üçün bir metod hazırlayıb. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!