Alimlərdən şirniyyat sevənlərə pis xəbər

saytların hazırlanması

Evə çatdırılma

Alimlərdən şirniyyat sevənlərə pis xəbər

Sağlamlıq

15 Dekabr 2019 20:50 1127


Şəkərin təsiri alkoqolun istifadəsinin nəticələri ilə eynidir. Belə ki, o, əhval-ruhiyyəni dərhal yüksəldir, enerji verir və sanki insana güc gəlir.

"Yeni Sabah" xəbər verir ki, belə bir nəticəyə Corciya Tibb Kollecinin (ABŞ) alimləri gəliblər. Material “Medical Hypotheses” jurnalında dərc olunub.

Eyni zamanda, şirniyyat narkotik kimi də təsir göstərir. Belə ki, alimlərin fikrincə, o, asılılıq yaradır, xüsusilə də depressiyadan əziyyət çəkən insanlar üçün ondan imtina etmək çətin olur. Dominos pizza

Alimlər qeyd edirlər ki, şirniyyatdan müntəzəm istifadə əhvalın pisləşməsinə, daxili iltihabın güclənməsinə və çəkinin artmasına gətirib çıxarır.

Şəkər artıq çəkidən əziyyət çəkən insanlara xüsusilə zərərlidir, çünki o, orqanizmin sirkad ritmlərini pozur və ürək-damar xəstəliklərinin yaranmasının riskini artırır. /saglamolun.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!