“Qurban kəsilən zaman insanların alınlarına qan vurulmasının İslamla heç bir əlaqəsi yoxdur".
Yenisabah.az xəbər verir k, bunu ilahiyyatçı-alim Hacı Surxay Məmmədli bildirib.
Qeyd edək ki, qurbanlıq heyvan kəsiləndən sonra bəzən heyvan qanının alına sürtülməsi icra olunur.
“Qurban kəsilən zaman insanların alınlarına qan vurulmasının İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam məntiqə, elmə, fəlsəfəyə əsaslanan dindir. Bu cür hallar şəriətə ziddir”, - deyə ilahiyyatçı vurğulayıb.
İmamət İSMAYILOVA
Telegram kanalımız