Alış-veriş zamanı verilən çeklərə toxunmayın! – Sonsuzluğa və xərçəngə səbəb olur

saytların hazırlanması

Evə çatdırılma

Alış-veriş zamanı verilən çeklərə toxunmayın! – Sonsuzluğa və xərçəngə səbəb olur

Sağlamlıq

06 Fevral 2020 08:23 1490


Türkiyə Qadın Sağlamlığı Dərnəyinin rəhbəri, fitoterapiya üzrə mütəxəssis Buğra Buyrukçu istehlakçılara tərkibində insan sağlamlığına zərərli "Bisfenol-A" maddəsi olan məhsullar barədə xəbərdarlıq edib.

“Yeni Sabah” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, B.Buyrukçu bu təhlükəli maddənin ən çox alış-veriş zamanı istehlakçıya təqdim edilən çeklərin və bankomatlardakı əməliyyatlardan sonra verilən qəbzlərin tərkibində olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, bu çeklərə çılpaq əllə toxunmaq olmaz. Belə ki, "Bisfenol-A" qadınlarda yumurtalıqların həcmini azaldır, sonsuzluğa, erkən klimaksa və digər problemlərə səbəb olur. Hamilə qadın bu maddə ilə təmas etdikdə onu bətnindəki uşaq da təhlükə ilə üzləşir. Çünki "Bisfenol-A" ana bətnindəki uşağın sinir sisteminin inkişafına mane olur.  pizza mizza

B.Buyrukçunun sözlərinə görə, ölüm saçan bu maddə bir çox plastik oyuncaqların, əmziklərin və qabların da tərkibində var. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!