‪“Allah bizə Qarabağ məsələsində səbr verməsin” – Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

‪“Allah bizə Qarabağ məsələsində səbr verməsin” – Xalq artisti

Mədəniyyət

14 İyul 2020 12:11 825


“Tanrı ordumuza qüvvət versin. Onlara güvənirik, çünki 90-cı illərdən fərqli olaraq güclü, peşəkar ordumuz var. Təbii ki, şəhidlərimizə görə üzüldük. Allah onların ruhunu şad, məkanlarını cənnət etsin. Bəlkə də torpaqlarımızı işğaldan azad etmək üçün bir fürsətdir. Allah bizə bu məsələdə səbr verməsin. Çünki uzun illər keçib, nəsillər böyüyüb. Görünür, həmin müddət ərzində danışıqların heç bir nəticəsi olmayıb”. 

Yenisabah.az xəbər verir ki, bu zöləri Xalq artisti Mənsum İbrahimov deyib. Xalq artisti “Şərq” qəzetinə açıqlamasında bildirib ki, ordumuza dəstək olmaq hər bir vətəndaşın borcudur: “Xalq olaraq ordumuzun arxasında dayanmalıyıq. Yeri gəlmişkən hər kəsdən xahiş edirəm. Sosial şəbəkələrdə artıq-əksik şeylər yazmasınlar. Düşmənin təxribatına uymasınlar, ancaq rəsmi məlumatlara inansınlar.

Onu da qeyd edim ki, ən böyük virus ermənilərdir. Neçə illərdir ki, bunlarla mübarizə aparırıq. Torpaqlarımızdan qovub çıxarmalıyıq, başqa yolu yoxdur. Allah əsgərimizi qorusun!”. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!