Allah Ərdoğana qüvvət versin - İrina Vlax

saytların hazırlanması

Evə çatdırılma

Allah Ərdoğana qüvvət versin - İrina Vlax

Siyasət

27 Aprel 2023 11:25 681


Moldovadakı qaqauz türklərinin Qaqauziya Muxtar Bölgəsinin başçısı İrina Vlax Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "keçmiş olsun" diləklərini çatdırıb. 

Yenisabah.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib. 

"Arzulayıram ki, Cənab Prezidentin, Cənab Rəcəb Tayyib Ərdoğanın səhhəti sürətlə düzəlsin. Qoy Allah ona gələcəyə doğru Türkiyə xalqı üçün, dünyada və bölgədə sülh üçün çalışmağa qüvvət versin", - deyə Qaqauziya başçısı yazıb.  Pepperoni pizza

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Daha sonra bildirilib ki, Ərdoğan aprelin 27-də keçirilməsi planlaşdırılan "Akkuyu" atom elektrik stansiyasının açılış mərasimində videokonfrans formatında iştirak edəcək. Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş dövlət başçısının sağlamlıq durumunun qaydasında olduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!