“Bacım uşaqları əsgər gedib. Onlarla vidalaşa bilmədim. Nitqim qurudu, ayaqlarım tutuldu. Allah əsgərlərimizə qələbə sevincini yaşamağı nəsib etsin”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybənzi Haşımova deyib. Müğənni müharibənin tezliklə başa çatmasını, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını arzuladığını deyib: “Ya Rəbb! Əsgərlərin qada-bəlası mənə gəlsin, amma onlara heç nə olmasın. Allah mənim ömrümdən kəsib, onların ömrünə calasın. Onlar gəncdirlər, sağ-salamat evlərinə qayıtsınlar. Qələbə ilə qayıtsınlar”.
Telegram kanalımız