“Mən dində Quranda yer alan konkret anlayışlardan kənarda haram-halal spekulyasıyalarına hər zaman qarşı olmuşam. Ancaq bu dəfə əsaslandırılmasında kimlərsə mübahisə zəmini tapmış olsa belə, Ərbaşın bu mesajını tam dəstəkləyirəm”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Türkiyənin Diyanet İşleri Başkanı Ali Erbaşın siqaretin haram olması ilə bağlı fikirlərini dəstəkləyən millət vəkili siqaret çəkən insanlara çağırış edib: “Siqaret haramdır. Allahı sevərsiniz, çəkməyin. Allahı sevməzsiniz, yenə də çəkməyin. Pulu sevərsiniz, pulunuza heyfiniz gəlsin. Canınızı sevərsiniz, canınıza yazığınız gəlsin.
Harada siqaret çəkən adamla rastlaşsanız , haramı özünə rəva görən insan kimi baxa bilərsiniz. Xeyirli insanlar olsalar belə”. pizza sifarişi
Qeyd edək ki, Ali Erbaş bildirib ki, dünyada və ölkədə “haramdır” deyilmədiyi üçün diqqətə alınmayan siqaret asılılığından insanları xilas etməyə ehtiyac var: “Siqaret haramdır və bunu millətimizə anlatmalıyıq. Çünki sadəcə bizim ölkəmizdə ildə 115 min insan həyatını itirir. Bu nə böyük faciədir”.
Telegram kanalımız