“Allahın verdiyi beyini peyin kimi...” – Musiqi haramdır?

“Allahın verdiyi beyini peyin kimi...” – Musiqi haramdır?

Din Veb saytların hazırlanması

03 Sentyabr 2022 08:30 12426


“Allahın verdiyi beyini peyin kimi gəzdirməməliyik! Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, bir məscidin imamı deyib ki, “Musiqidə qadın səsi və şəhvət olduğundan haramdır””. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə ilahiyyatçı Elşad Miri çıxış edib. O, öz fikirlərini belə davam etdirib:

“Soruşmaq istəyirəm, İslam kişilər üçünmü gəlib? Haramlar kişilər üçünmü nəzərdə tutulub? Niyə məsələyə qadın tərəfdən baxa bilmirik? Bu məntiqlə (əslində burda heç bir məntiq yoxdur) qadınlar üçün də kişi səsimi haramdır?

Haramı - halalı müəyyənləşdirən ancaq Allahdır. Peyğəmbərin heç özünə nəyisə haram qoymaq səlahiyyəti olmayıb. Elə isə Allah harada musiqinin, qadın səsinin haram olduğunu buyurub? 

Halbuki Allah Quranda buyurur ki, dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, - deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız... ("Nəhl" surəsi, 16/116).

Bu açıqlamanı verən imam Dini Komitənin müsahibəsindən bu cürmü keçib? Bu məsələyə Komitədə müsahibə götürənlərin fikirləri necədir? Onlardamı bu cür düşünürlər?”.

Xatırladaq ki, Qaraçuxur məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Qurban Əliyev “Yeni Sabah”a açıqlamasında bildirmişdi ki, musiqidə qadın səsi və başqa şəhvət dolu məzmunlar olduğundan bu, haramdır: “İlahi nəğmələr (naşedlər) də bura aiddir. Peyğəmbərin (s.ə.v) zamanında bunların heç biri olmayıb. Allah rəsulu, onun səhabələri, raşid xəlifələr, tabiunların dövründə də belə şeylər olmayıb. Sadəcə, peyğəmbər (s.ə.v) döyüşlərdən qayıdarkən qarşılayanda insan səsindən, heç bir musiqi aləti olmadan bəzi şeylər mahnısız oxunulub və şeirlər deyilib. Amma mahnı və musiqi dinimizdə bəyənilməyən məsələlərdəndir. Çünki daha çox üstünlük Quran oxumağa və oradan qazanılacaq savaba yönəldiyi üçün musiqi artıq 3-4-cü planlarda qalır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!