Allahşükür Paşazadə İranın Azərbaycana xəyanətindən danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Paşazadə İranın Azərbaycana xəyanətindən danışdı - Video

Siyasət

18 Noyabr 2022 21:58 1676


“Tarix heç vaxt unudulmur. Bu gün qonşumuzun və ya sapı özümüzdən olan baltaların bizə qılınc çəkməsi də tarixə düşür. İrandakı bəzi qardaşlarımız. Amma dırnaqarası qardaşlarımız və yaxud sapı özümüzdən olan baltalar. Bu gün onların düşmənimizlə dostluq etmələrini qəbul edə bilmərik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş din xadimlərinin təltif olunması mərasimində deyib.

Allahşükür Paşazadə deyib ki, İranın son vaxtlar atdığı addımlar bütün müsəlmanlar üçün gözlənilməz olub. pizza

Şeyxin sözlərinə görə, İranda əleyhimizə danışanlar dini siyasətə alət edirlər və dedikləri hər sözdə, atdıqları hər addımda dindən sui-istifadə edirlər.

Allahşükür Paşazadə bildirib ki, ermənilərin Zəncan, Ərdəbil, Təbriz və Urmiyada törətdikləri qətliamları İran unutmamalıdır.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    BƏS DEYİRDİN İRANIN FİTFASI SAYƏSİNDƏ QARABAĞ AZAD OLDU? BƏS NƏ OLDU ŞEYX?
    3 years ago