İyunun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin Birinci Fəxri xiyabanda məzarını ziyarət edib, əklil qoyub və mərhumun ruhuna dualar oxuyub.
Yenisabah.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin rəsmisi ilə görüş keçirilib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin vəfatının ildönümü münasibətilə Bakıya gələn Pyatiqorsk və Çerkessk Arxiyepiskopu Feofilaktı qəbul edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikulturalizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan, Azərbaycanda dinlərarası qardaşlıq və əməkdaşlıq mühitinə töhfələrindən danışıb. Qeyd edib ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 1998-ci ildə təsis edilmiş Bakı yeparxiyasının yepiskopu, 2012-ci ildən Arxiyepiskop statusunda ali din xadimi kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan cəmiyyətinin ehtiramını qazanıb, dövlətimizin ali mükafatları ilə təltif edilib.
Telegram kanalımız