Allahverdi Yolçuyev ağır durumda

saytların hazırlanması

Evə çatdırılma

Allahverdi Yolçuyev ağır durumda

Şou

04 Avqust 2019 17:49 3286


Aktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

Aktyor ağır Parkinson xəstəliyindən əziyyət çəkir. A.Yolçuyev bildirib ki, son günlər vəziyyəti lap pisləşib. O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: "Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, "Parkinson" xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?" Dördpendirli pizza

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb: "İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır".

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!