Allergik xəstəlikləri olanların NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Allergik xəstəlikləri olanların NƏZƏRİNƏ

Sağlamlıq

22 İyul 2025 13:13 625


Allergik xəstəliklər immun sisteminin ətraf mühitdəki maddələrə (toz, heyvan tükü, bəzi qidalar və dərmanlar) qarşı həddindən artıq reaksiya verməsi ilə yaranır. Bu xəstəliklər həyat keyfiyyətini azalda və müxtəlif simptomlarla özünü göstərə bilər.

Yenisabah.az xəbər verir  ki, allergiyanın dəqiq diaqnozu üçün dəri testləri, qan analizləri və provokasiya testləri tətbiq olunur. Müalicə üsulları isə əsasən dərmanlar (antihistaminiklər, kortikosteroidlər), allergenlərdən uzaq durmaq və immunoterapiya (allergiya peyvəndi) ilə həyata keçirilir.

Allergik rinit, astma, konjonktivit, dermatit, anjioödem və anafilaksi kimi müxtəlif növləri olan bu xəstəliklər genetik meyillə də əlaqələndirilir. Simptomlar burun tutulması, göz yaşarması, dəridə səpkilər, nəfəs darlığı, mədə-bağırsaq pozuntuları və hətta həyati təhlükə yarada biləcək şok halı ilə özünü göstərə bilər. Toyuqlu pizza

Allergiyanın idarə olunması üçün erkən diaqnoz, düzgün müalicə və mütəmadi həkim nəzarəti vacibdir. Allergiyadan əziyyət çəkən şəxslərin həm simptomları, həm də gündəlik həyat keyfiyyəti düzgün yanaşma ilə yaxşılaşdırıla bilər./Pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!