Allergiyası olanlar vaksin vurdura bilər?   - Türk həkimdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Allergiyası olanlar vaksin vurdura bilər? - Türk həkimdən açıqlama

Sağlamlıq

23 İyun 2021 14:45 1717


Allergiyası olanlar vaksini həkim nəzarəti altında, klinikalarda vurdurmalıdırlar.

Yenisabah.az xəbər verir ki, türkiyəli həkim Zeynep Ferhan Özşeker allergiyası olanlarla bağlı önəmli məsləhətlər paylaşıb:

“Bir çox insan allergiyası olduğuna görə vaksinasiya olunmaqda tərəddüdlər yaşayırlar. Bəzi insanlarda vaksinin tərkibində olan polietilen glikol və polisorbat maddələrinə qarşı şiddətli allergiyalar, yan təsirlər ola bilər. Bunun üçün isə müxtəlif vaksin seçimləri var. Ağrıkəsicilərdən tutmuş bir çox dərmanların yan təsirləri ola bilər. pizza sifarişi

Ümumiyyətlə, anafilaksiya olduğu zaman həmin şəxsin allergiyası olduğu maddələrlə təması təcili dayandırılmalıdır. Xəstəni uzandırıb ayaqları qaldırılmalı, nəfəs yolları açılmalıdır. Təcili xəstəxanaya aparılmalıdır. Qidalara qarşı allergiyası olanlar alış-verişdə etiketləri yaxşı oxumalı, diqqətli olmalıdırlar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!