Almaniya 4.800 əsgərini Litvada, Rusiya ilə sərhəddə yerləşdirəcək.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, iki ölkənin müdafiə nazirləri buna dair yol xəritəsi imzalayıblar.
Əsas bölmələrin 2025-2026-cı illərdə köçürülməsi, 2027-ci ilə qədər isə briqadanın tam işə salınması planlaşdırılır. Pepperoni pizza
Almaniyanın müdafiə naziri Boris Pistorius razılaşmanı Soyuq müharibə zamanı sovet hücumundan Qərbi Avropanı qorumaq üçün nəzərdə tutulan müttəfiq qüvvələrin Qərbi Almaniyada yerləşdirilməsi ilə müqayisə edib.
Telegram kanalımız