Almaniya 245 azərbaycanlını deportasiya edib - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Almaniya 245 azərbaycanlını deportasiya edib - Hesabat

Dünya

11 Yanvar 2024 10:41 186


Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) məlumat yayıb.

Müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb. pizza mizza

Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.

Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyətcə azərbaycanlıdır.

2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb.

BMqT-nin dəstəyi ilə Gürcüstana qayıdan şəxslərə, kiçik fermer təsərrüfatı, xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmaq üçün nağd və qeyri-nağd şəkildə ödənişlər edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!