Almaniyanın turizm marşrutları üzrə ixtisaslaşmış ən böyük aviaşirkəti olan “Condor” 2025-ci ildə bütün “Boeing” təyyarələrini öz flotiliyasından çıxaracaq.
Yenisabah.az xəbər verir ki, hazırda o, “Boeing” və “Airbus” təyyarələrindən istifadə edir. İnkişaf strategiyası “Condor”un aviaparkında yalnız Avropa istehsalı olan “Airbus” təyyarələrinin qalmasını nəzərdə tutur.
Alman aviaşirkəti əvvəlcə 2024-cü ildə genişgövdəli “Boeing 767” təyyarələri ilə uçuşları dayandıracaq. 2025-ci ildə isə o, digər dargövdəli “Boeing 757” təyyarələrini parkından çıxararaq, “Boeing”lərdən istifadədən tam imtina edəcək. pizza hut
“Airfleets.net”in məlumatına əsasən, alman aviaşirkətinin aviaparkındakı üç ədəd “Boeing 767”-nin orta yaşı 29, “Boeing 757” hava gəmisində isə 24-dür.
Telegram kanalımız