Almaniyanın "Herta" klubu nəsli kəsilmək təhlükəsi ilə üzləşən qütb ayılarına dəstək vermək qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, Bundesliqa təmsilçisi bu məqsədlə Berlindəki Tierpark zooparkında 4 ay əvvəl doğulan qütb ayısına sponsor olub. Bu barədə klubun rəsmi açıqlamasında bildirilib.
"Herta"nın rəsmi "Twitter" hesabından paylaşdığı videoda "Berlində hər şey ola bilərsiniz. Adı Herta olan bir qütüb ayısı belə..." sözləri yer alıb. Pepperoni pizza
Videoda "Herta"nın maskotu olan boz ayı Herthinyo Berlin Olimpiya Stadionundan Tierparka doğru yola çıxaraq klubun yeni üzvü olan qütb ayısı ilə görüşür. Daha sonra isə balaca qütb ayısı üzərinə Herta yazılmış topla oynamağa başlayır.
Qeyd edək ki, Tierparka zooparkının rəsmi saytı çəkisi 385-410 kq arasında dəyişən böyük qütb ayılarına sponsorluq üçün qiyməti açıqlayıb. Bu addımı atmaq istəyənlər illik 1000 avro ödəməlidirlər.
Telegram kanalımız