Almaniya Ukraynaya 7 milyon avro verəcək

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya 7 milyon avro verəcək

Dünya

18 Yanvar 2024 00:59 405


Almaniya federal hökumətinin mətbuat xidmətinin məlumatına görə, Almaniya bu il Ukraynaya 4 milyard avro əvəzinə 7 milyard avro verəcəyini vəd edib.

Yenisabah.az “DW”yə istinadla xəbər verir ki, belə bir qərar dünən Almaniya kansleri Olaf Şolzla ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra qəbul edilib.

Bildirilib ki, iki lider Rusiya-Ukrayna hərbi münaqişəsi davam etdiyi müddətdə Ukraynaya humanitar və hərbi yardımın davamlılığının təmin edilməsinin vacib olduğunu qeyd ediblər. Tərəflər arasında, həmçinin Yaxın Şərqdəki vəziyyətə, İranın İraq, Suriya və Pakistan ərazilərinə hücumlarına da istinad edilib. Dördpendirli pizza

Xatırladaq ki, Almaniya artıq Ukraynaya 6 milyard avroluq hərbi yardım edib və rəsmi Berlin Qərb blokunda Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük hərbi yardım göstərən ölkədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!