Almaniya Ukraynaya əlavə 37 milyon avro verəcək

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya əlavə 37 milyon avro verəcək

Dünya

23 Aprel 2022 12:44 629


Almaniya yenidənqurma işləri üçün Ukraynaya əlavə 37 milyon avro verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.

Bu açıqlama xarici işlər naziri Annalena Berbokun müharibənin tezliklə sona çatmasının çətin olduğunu deməsindən sonra verilib. Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sözçüsü Stefani fon Erliks isə “CNN”ə bildirib ki, 37 milyon avro müxtəlif təşəbbüslərə xərclənəcək: Pepperoni pizza

“O cümlədən elektrik şəbəkələrinin yenidən qurulması üçün təxminən 22,5 milyon avro, Ukraynada məcburi köçkünlərin evlərinin bərpası üçün 14,4 milyon avro, tibbi avadanlıqlar üçün isə 2 milyon avronun xərclənməsi planlaşdırılır”.

Almaniyanın inkişaf naziri Svenya Şulze isə öz növbəsində bildirib ki, Ukraynanın yenidən qurulması beynəlxalq ictimaiyyətin həmrəyliyini tələb edəcək:

“Bir vaxtlar Dünya Bankı İkinci Dünya Müharibəsindən sonra Avropanı bərpa etmək üçün yaradılmışdı. İndi o, gələcəkdə Ukraynanın yenidən qurulmasına kömək etməklə mühüm bir rol oynaya bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!