Almaniya XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Rusiyaya getməyin! 

saytların hazırlanması

Evə çatdırılma

Almaniya XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Rusiyaya getməyin! 

Dünya

07 Mart 2024 11:16 624


Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməyin qəti tövsiyə olunmadığı barədə çağırış edib. 

Yenisabah.az Almaniya mətbuatına istinadən xəbər verir ki, XİN vətəndaşlara Rusiya Federasiyasına səyahətlə bağlı tövsiyələri sərtləşdirib.

Vəziyyətin pisləşməsinin davam etməsi və özbaşına həbslərin sayının artması səbəbindən nazirlik almaniyalılara, eləcə də ikili vətəndaşlığı olan insanlara Rusiyaya getməməyi tövsiyə edib.  pizza

Açıqlamada qeyd edilib ki, Rusiya hakimiyyəti ikili vətəndaşlığı olan şəxsləri yalnız Rusiya vətəndaşı hesab edir və bu, mümkün hərbi xidmətə də aiddir. XİN onu da xatırladıb ki, tərkibində narkotik tərkibli məhsulların Rusiyaya idxalı qadağandır - hətta söhbət az miqdardan gedirsə - və bu, Almaniyada qanuni olaraq satılan məhsuldur. 

Qeyd edək ki, bu yaxınlarda Rusiya Federasiyasının hava limanında çətənə daşıyan Almaniya vətəndaşı həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!