Almaniyada 7 azərbaycanlı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada 7 azərbaycanlı həbs olundu

Kriminal

06 Sentyabr 2019 21:48 1116


Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı seçib.

“Yeni Sabah” “Virtualaz.org”a istinadən xəbər verir ki, yeddi azərbaycanlı vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs olunub.

Məlumata görə, digər azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir. pizza sifarişi

Qeyd edilir ki, həmyerlilərimizlə yanaşı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!