Almaniyada azərbaycanlı hamilə qadın binadan yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada azərbaycanlı hamilə qadın binadan yıxılıb öldü

Kriminal

01 Sentyabr 2019 21:03 1544


Berlin şəhərinin Rahnsdorf rayonunda yaşayan 32 yaşlı azərbaycanlı qadın pəncərəni silən zaman ehtiyatsızlıqdan 4-cü mərtəbədən binanın həyətinə yıxılıb.

“Yeni Sabah” “Modern.az”-a istinadən  xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Əlövsət Əliyevin sözlərinə görə, qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib:  pizza sifarişi

"Dünyasını dəyişən qadın hamilə olub. Təcili aparılmış qeysəriyyə əməliyyatına baxmayaraq qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hazırda hüquq mühafizə orqanları hadisənin detallarını araşdırır. Rəhmətə gedən xanım əri və 1 uşağı ilə birlikdə yaşayırmış".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!