"McDonald's" 2027-ci ilə qədər Almaniyada 10 mindən çox yeni iş yeri yaratmaq istəyir. "Fast food" şəbəkəsi Almaniyada genişlənmə planlaşdırır.
Yenisabah.az xəbər verir ki, "McDonald's" hələ də Almaniya bazarında böyük artım potensialı görür və məhsul çeşidini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir.
Şirkətin Almaniya maliyyə direktoru Kristof Gehriq Funk deyib: "Biz Almaniyaya bir məkan olaraq inanırıq və burada güclü şəkildə böyüməyə davam edəcəyik". Dördpendirli pizza
Bu il hər birində 50-yə yaxın işçisi olan 25 restoran açılacaq və təxminən 1250 nəfər işlə təmin olunacaq. Növbəti 3 ildə genişlənmə sürəti ildə 75 yeni filiala qədər artacaq. Bu, 2027-ci ilə qədər 10 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
K.Gehriqin sözlərinə görə, Almaniyada orta müddətli dövrdə, xüsusilə magistral yollar və ya qatar stansiyaları kimi ziyarətçilərin çox olduğu yerlərdə 500 yeni fast-food restoranı açılacaq:
"Almaniya hələ də avtomobil ölkəsidir, qısa müddətdə bunun dəyişəcəyini düşünmürük. Ona görə də biz avtomobillərin daxil olduğu yerlərin genişləndirilməsinə diqqət yetiririk".
O, kadr təminatınında çətinlik yaşadıqlarını bildirib:
“Biz 160-dan çox ölkədən insanları işə götürürük. Lakin bürokratik əngəllərin azaldılması bu məsələdə bizə kömək ola bilər. Bu məsələdə xüsusən də söhbət qaçqınların işə götürülməsindən gedir”.
Şirkətin məlumatına görə, hazırda Almaniyada 1400-dən çox restoran və 65 000-dən çox işçisi var.
Şeyla Səmiyeva
Telegram kanalımız