Almaniyada özünü yandıran azərbaycanlıdan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada özünü yandıran azərbaycanlıdan xəbər var

Hadisə

12 Sentyabr 2019 22:34 1000


Xəbər verdiyimiz kimi, dünən Almaniyada 34 yaşlı azərbaycanlı özünə qəsd edib.

"Yeni Sabah" xəbər verir ki, "Legat" İnteqrasiya Mərkəzi Emin Bağırovun vəziyyəti ilə bağlı məlumat yayıb. Məlumata görə, hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər. 

Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.  Toyuqlu pizza

Ağır yanğından koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var. Uşaqları Sumqayıtda yaşayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!