Almaniyada yeni hökumət: İlk qadın DİN rəhbəri və türkəsilli nazir

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada yeni hökumət: İlk qadın DİN rəhbəri və türkəsilli nazir

Dünya

07 Dekabr 2021 08:01 911


Almaniyada Sosial Demokratlar, Azad Demokratlar və Yaşılların koalisiya hökumətinin tərkibi məlum olub.

Yeni kabinetdə 9 kişi, 8 qadın nazir çalışacaq.

Sosial Demokratların lideri Olaf Şoltsun başçılıq etdiyi hökumətin xarici işlər naziri Yaşıllar Partiyasının həmsədri Annalena Berbok, iqtisadiyyat və iqlimin mühafizəsi naziri isə partiyanın digər həmsədri Robert Habek olacaq. pizza mizza

Diqqətçəkən məqamlardan biri yeni hökumətdə daxili işlər nazirinin Nensi Freyzer olmasıdır. O, Almaniya tarixində ilk qadın DİN rəhbəri olacaq.

Yeni kabinetdə Qida və Kənd Təsərrüfatı naziri vəzifəsini isə Yaşılların keçmiş həmsədri türkəsilli Cem Özdəmir icra edəcək.

Qeyd edək ki, hökumətin tərkibinin rəsmi olaraq dekabrın 8-də təsdiq olunması gözlənilir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!