Almaniyalı deputatlar Qarabağa qanunsuz səfər ediblər

saytların hazırlanması

Evə çatdırılma

Almaniyalı deputatlar Qarabağa qanunsuz səfər ediblər

Rəsmi

19 Oktyabr 2020 07:49 1562


Almaniya Bundestaqının və Landtaqın deputatları Xankəndiyə səfər ediblər.

“RİA Novosti”nin verdiyi məlumata görə, nümayəndə heyəti arasında Bundestaqın üzvü Şteffen Kotre, yerli parlament olan Landtaqın vitse-prezidenti Andreas Qallau və Landtaqın deputatı Andreas Kalbits olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərinə bu səfər tamamilə qanunsuzdur. Marqarita pizza

Alman deputatlar Xankəndini rəsmi Bakının icazəsi olmadan ziyarət ediblər. Bu isə təkcə Azərbaycan qanunvericiliyinin tələblərinə deyil, beynəlxalq hüquqa da ziddir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!