“Almanlar qalib gəlsəydi, Azərbaycan yenə müstəqil olmayacaqdı”   - Tarixçi alim

saytların hazırlanması

Evə çatdırılma

“Almanlar qalib gəlsəydi, Azərbaycan yenə müstəqil olmayacaqdı” - Tarixçi alim

Maraqlı

09 May 2020 14:29 1247


Bu gün faşizm üzərində qələbədən 75 il keçir. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Azərbaycan da bu günü xüsusi qeyd edən ölkələrdəndir. Çünki ölkəmizin canlı qüvvəsi və nefti müharibədə mühim rol oynayıb. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli bildirib ki, almanlar qələbə çalsa belə, Azərbaycanın müstəqilliyindən söhbət getməyəcəkdi, ölkə Almanların itaəti altında olacaqdı: “Müstəqil olmayan bir dövlətin kimin işğalının altında qalmasının fərqi yoxdur. Mahiyyət eynidir. Kommunizm və faşizm idi, elə bil biri ata, biri də ana idi və ata balanı yedi. Sistem bu idi. Dünyanı bölüşdürmək üçün iki sistem razılığa gəldi, sonradan bu razılıq pozuldu, Almaniya hücum etdi, 1941-ci ildən başlayaraq isə SSRİ-yə ABŞ və Böyük Britaniyanın böyük iqtisadi və hərbi yardımları oldu. 1945-ci ildən sonra SSRİ-ni vətən kimi beynimizə sırımağa çalışdılar. Müharibələrin hər birinin öncədən məqsədləri var. Hər müharibə dünyaya nəzarət etmək üzərində qurulub. Ərazilər zəbt etmək, oradakı iqtisadi sistemi ələ keçirmək əsas məqsəd olur. Bu müharibədə hər iki tərəfə böyük zərbə dəydi. Almaniya parçalandı, SSRİ yarımcan çıxdı və dünyanın supergücü formalaşdı. Bu, ABŞ idi. Çünki müharibədən uğurla çıxdı”. 

Tarixçi 9 May məsələsinə iki cür yanaşmanın olduğunu vurğulayıb: “Bir tərəf deyilir ki, bu, bizə lazım deyil, digər tərəf isə lazım olduğunu vurğulayır. Orada mənim atam, bibimin həyat yoldaşı da iştirak edib, onlar orden, medallar alıblar. Bu, onların qələbə, zəfər tarixidir, bir sistem digəri üzərində qələbə çaldı və bu sistemin döyüşçüləri sırasında azərbaycanlılar da var idi. Bu, reallıqdır. Onların qəhrəmanlıqlarına, döyüş fədakarlığına hörmətlə yanaşmaq lazımdır. Mən belə edirəm, atam mənim üçün həmişə nümunə olub, onu qəhrəman hesab etmişəm. Burada üç nəsil var: babam,atam və mən. Babam cümhuriyyətçidir, atam SSRİ dönəmində dünyaya gəlib, onun ənənələri ilə böyüyüb, amma atasından cümhuriyyət haqqında məlumatlar eşidib, onun nə olduğunu bilib, sadəcə müharibəyə getməyə yaşadığı dövrlə əlaqədar məcbur olub. Çünki hansı sistemin tərkibindəsənsə, ona uyğun addımlar atılır. Bu, qədimdən belə olub. Bir imperiya dövlətini işğal edəndə sən onun təbəəsi olursan, səni müharibəyə əlbəttə aparacaqlar. Mənim atam gedib müharibəyə, amma əmimin biri qaçıb. Çünki düşünüb ki, bu şeytanı məhv etməyin yolu digər şeytanla ittifaqa girməkdir. Hitler Almaniyası ümid edirdi ki, SSRİ-yə hücum edəndə SSRİ millətlərə parçalanacaq, əslində düzgün məntiq idi. Sadəcə SSRİ özünü narazı qüvvələri məhv etməklə xilas etdi. Bu, bizə əlbəttə vətən sayılmır. Amma orada yaşayıb qanunlara uymuşuq, sülh üçün vuruşmuşuq. İştirak etdiyimiz müharibədəki qələbə o səbəblə qeyd olunur. Atalarımızın qəhrəmanlığı gənclərə örnək kimi göstərilməlidir. Çünki Azərbaycanın oğul və qızları işğal altında olanda da qəhrəmanlıq göstərməyi bacarıblar. Məsələyə bu kontekstdən yanaşmalıdır. Bakı nefti olmasa, SSRİ-nin qələbəsi mümkün deyildi. Bu neftin hesabına təyyarələr uçurdu. Yusif Məmmədəliyev kimi insanlar böyük kəşflər elədilər. Yanacaq yaradıb Alman tanklarını onunla vururdular. Buna baxmayaraq, “qəhraman şəhər” adı Bakıya verilmədi”.  Sezar pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!