Almatı danışıqlarının arxasındakı ölkə... - Ermənilər qorxuda 

saytların hazırlanması

Evə çatdırılma

Almatı danışıqlarının arxasındakı ölkə... - Ermənilər qorxuda 

Siyasət

30 Aprel 2024 15:31 527


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparması rəsmiləşib. Lakin danışıqlar platforması kimi Qazaxıstan paytaxtının seçilməsi Ermənistanda müzakirələrə səbəb olub. 

Ermənistan mediası Almatı danışıqlarının arxasında Türkiyənin dayandığını iddia edir. 

“İravunk” nəşri yazır ki, Qazaxıstan Azərbaycan və Türkiyənin Cənubi Qafqazla bağlı siyasətini qeyd-şərtsiz dəstəkləyir: “Əliyev və Ərdoğanın Qarabağ və Zəngəzurla bağlı dedikləri Almatıda da qəbul olunur. Bir sözlə, Ankarada, yaxud Bakıda danışıqlar necə ola bilərsə, Almatıda da elə olacaq. Tokayev də əvvəlcə Azərbaycana səfər etdi və bir aydan sonra sırf bu ideyanı qəbul etdirmək üçün bir neçə saatlıq İrəvanda oldu. Bütün bu prosesin arxasında Türkiyə dayanır”, - nəşr iddia edir./Publika.az   Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!