Almeyda 250-ci matçına çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Almeyda 250-ci matçına çıxıb

İdman

29 Aprel 2019 18:47 714


Azərbaycan Premyer Liqasının XXVI turundakı "Zirə" ilə qarşılaşma “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün əlamatdar olub. 

"Yeni Sabah"  xəbər verir ki,  30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Azərbaycan millisinin də formasını geyinən oyunçu bu görüşlərdə 54 qol vurub.

Almeyda Premyer Liqada 173 matçda 42, Azərbaycan kubokunun 22 oyununda 5, avrokuboklardakı 55 qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb. "Zirə" ilə görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Sezar pizza

Premyer Liqanın XXVI turu “Sumqayıt”ın futbolçusu Arif Daşdəmirov üçün də yubileylə yadda qalıb. 32 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 300-cü matçını keçirib. Yubiley “Neftçi” ilə səfərdəki qarşılaşmaya təsadüf edib. 3:2 hesablı qələbəyə sevinən futbolçu “Sumqayıt”da 22-ci matçında forma geyinib.

Azərbaycanda 2005/2006 mövsümündə debüt edən Daşdəmirov 300 oyunda 14 qol vurub. O, hazırkı klubunadək “Şahdağ”da 19 (2 qol), “MKT-Araz”da 22 (2 qol), “Masallı”da 20 (1 qol), “Standard”da 16, “Qəbələ”də 48 (1 qol), “İnter”də (indiki “Keşlə”) 138 (8 qol), “Qarabağ”da 15 oyun keçirib.

Qeyd edək ki, Arif Daşdəmirov Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirən 20-ci futbolçudur.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!