“Alov qüllələri” yaxınlığındakı yanğınla bağlı  video köhnə imiş - FHN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Alov qüllələri” yaxınlığındakı yanğınla bağlı video köhnə imiş - FHN-dən açıqlama

Hadisə

23 May 2020 13:06 561


"Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mətbuat xidmətindən bildirilib.

Nazirlik qeyd olunan məsələ ilə bağlı bildirir ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir. Dördpendirli pizza

"Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə Mətbuat xidməti qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!