Altı ayda beş ağır itki -   Bu dəfə bacısı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Altı ayda beş ağır itki - Bu dəfə bacısı vəfat etdi

Hadisə

24 Fevral 2026 10:10 396


“Meydan TV işi” üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ailəsində növbəti faciə baş verib. Jurnalistin bacısı Zəminə Ağayeva ötən gecə ağır xəstəlikdən vəfat edib.

Ş.Ağanın vəkili Zibeydə Sadıqova “Yeni Sabah”a bildirib ki, müdafiə tərəfi Şəmşad Ağanın dəfn mərasimində iştirakına icazə verilməsi üçün müvafiq hüquqi prosedura başlayıb. Onun sözlərinə əsasən, artıq məhkəməyə məlumat verilib və müdafiə tərəfi Şəmşad Ağanın bacısının dəfn mərasimində iştirak etməsi üçün icazə verilməsini istəyib.

Vəkilin sözlərinə görə, mərhumun cənazəsinin bu gün və ya sabah Rusiyadan gətirilməsi gözlənilir. O qeyd edib ki, özü də bir az sonra Bakı istintaq təcridxanasına yollanacaq. pizza sifarişi

Bu, həbsdə olan Şəmşad Ağanın son 6 ayda ailəsində baş vermiş beşinci ölüm hadisəsidir. Bu müddətdə jurnalistin dayısı, xalası, qardaşı qızı, anası, dünən isə bacısı vəfat edib.

Şəmşad Ağa 2025-ci ilin fevralında həbs olunub. Hazırda onun işi məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və digər ağır cinayətlərdə ittiham olunur.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!