Altı saatlıq böhran: Sosial şəbəkə məlumatları oğurlanıbmı?

saytların hazırlanması

Evə çatdırılma

Altı saatlıq böhran: Sosial şəbəkə məlumatları oğurlanıbmı?

Rəqəmsal

07 Oktyabr 2021 13:44 2382


Ötən günlərdə sosial şəbəkələrin fəaliyyətində problem yaranmışdı. Həmin şəbəkələrin istifadəçiləri hesablarına daxil ola bilmirdilər. Nəhayət 6 saat aradan sonra problem öz həllini tapdı.

Cəmiyyətdə müəyyən fikirlər var ki, şəbəkələr fəaliyyətini bərpa etdikdən sonra şəxsi hesablar kimlərsə tərəfindən oğurlanıb. Xüsusən də “WhatsApp” hesabların oğurlandığı haqqında şayiələr dolaşır. Maraqlıdır, bu iddialar nə dərəcə də doğrudur?

İT mütəxəssisi Vahid Qasımov Yenisabah.az-a açıqlamasında hesabların oğurlanması ilə bağlı yayılan məlumatların öz təsdiqini tapmadığını deyib: Sezar pizza

““Facebook”, “WhatsApp” və “Instagram” işləmədiyi müddətcə şayiələr yayılmışdı ki, bir neçə milyardlıq “Facebook” hesabı oğurlanıb. Lakin fəaliyyətləri yenidən bərpa olunduqdan sonra bu deyilənlər öz təsdiqini tapmadı. Yəni ki, şayiə idi. Heç bir hesab oğurlanmayıb. Baş verən proses xaker hücumuna oxşamır. Bu sistem daxili problem idi”.

Mütəxəssisin sözlərinə görə, hər hansı bir şəxsin hesabının oğurlanması heç bir önəm kəsb etmir:

“Prinsipcə narahatçılığa ehtiyac yoxdur. Birdə ki, oğurlansa, kim tərəfindən oğurlanacaq? Siz NASA-da işləyən bir elm adamı, dünya miqyaslı siyasətçi deyilsinizsə, Hindistandan kimsə sizin şəkillərinizi oğurlasa nə olacaq, oğurlamasa nə olacaq. Onsuz da bu elə şeydir ki, “Facebook”a, “Instagram”a həmin şəxs özü şəkillərini yerləşdirir. Dostluq göndərən bütün hər kəs onları görə bilir.

Reallıq da ondadır ki, biz tanımadığımız bir çox adamın dostluğunu qəbul edirik və beləliklə öz əlimizlə özümüz həmin məlumatları açıq şəkildə paylaşmış oluruq. Ona görə də bundan narahat olmağa dəyməz. Onsuz da bu şayiələr öz təsdiqini tapmayıb”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!