“Altsheymer” ölümcül xəstəliklər siyahısından çıxır

saytların hazırlanması

Evə çatdırılma

“Altsheymer” ölümcül xəstəliklər siyahısından çıxır

Sağlamlıq

17 İyul 2025 10:38 509


Altsheymer xəstəliyinə qarşı aparılan elmi tədqiqatlar nəticə verməyə başlayıb. Mütəxəssislər bildirirlər ki, müasir müalicə üsulları sayəsində bu xəstəlik artıq ölümcül hesab olunmur.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın Altsheymer Assosiasiyası bu sahədə əldə olunan irəliləyişlərlə bağlı nikbin açıqlama yayıb. 

Məlumata görə, yeni dərman preparatları və erkən diaqnostika vasitələri xəstəliyin gedişatını yavaşladır, bu da xəstələrin həyat keyfiyyətini və ömrünü xeyli artırır. pizza hut

Assosiasiyanın məlumatına əsasən, hazırda istifadə olunan bəzi preparatlar beyin hüceyrələrindəki zədələri azaldaraq, xəstəliyin irəliləməsinin qarşısını alır. Bu isə altsheymerin artıq bir ölüm hökmü olmadığı anlamına gəlir.

Alimlər bu uğurların yaxın gələcəkdə daha təsirli müalicə formalarının inkişafına zəmin yaradacağını qeyd edirlər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!