Amaliya Pənahovaya niyə qəbirüstü abidə qoyulmur?

saytların hazırlanması

Evə çatdırılma

Amaliya Pənahovaya niyə qəbirüstü abidə qoyulmur?

Maraqlı

08 Fevral 2019 02:53 1580


Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

Ötən ilin noyabr ayında dünyasını dəyişən mərhum xalq artistimiz "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Qəbiristanlıqda apardığımız müşahidələr göstərir ki, mərhum sənətkarın qəbir üstü abidəsi aylardır qoyulmayıb. Dominos pizza

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!