AMEA-da daha bir möcüzə: Bir nəfər 6 vəzifə tutur   - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

AMEA-da daha bir möcüzə: Bir nəfər 6 vəzifə tutur - YENİLƏNİB

Siyasət

09 Fevral 2022 16:33 4608


AMEA-da baş verən hadisələr, qurumun prezidenti Ramiz Mehdiyevin istefası tələb olunduğu bir vaxtda Akademiya haqda daha bir maraqlı fakt ortaya çıxıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur:

1. AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi pizza hut

2. Rəyasət Heyətində təhsil şöbəsinin müdiri

3. Şərqşünaslıq İnstitutunda böyük elmi işçi

4. Elm Tarixi institutunda baş elmi işçi

5. Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi

6. Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri

Ə. Məlikov barədə digər xəbərdə bildirilir ki, o İran meyilli dindar şəxs kimi tanınır. Belə ki, İİR-nin Ümumdünya İslam Elmləri Akademiyasının Dinşünaslıq fakültəsində bakalavr, Mofid Universitetində magistr və doktorantura pillələri üzrə (ümumilikdə 2001-2013-cü illərdə ixtisası din fəlsəfəsidir) dini təhsil alıb. Eyni zamanda Ə.Məlikov Tərbiyət Müdərris Universitetində fəlsəfə ixtisası üzrə elmi işini müdafiə edib. O, 2009-2013-cü illərdə AR-in İİR-dəki səfirliyində tərcüməçi vəzifəsində çalışıb.

Xəbərdə qeyd olunur ki, Ə.Məlikovun İİR ilə geniş əlaqələri mövcuddur və kitablarının əksəriyyəti orada çap olunur. 

Bundan əlavə, Ə.Məlikov İİR Prezidenti adından müxtəlif mükafatlara layiq görülüb. Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq.

***

Məsələ ilə bağlı Ələddin Məlikov “Yeni Sabah”la əlaqə saxlayıb və xəbərdə qeyd olunan 6 vəzifənin əksərinin əvvəl çalışdığı iş yerləri olduğunu bildirib: “Həmin siyahıda qeyd olunan 4 vəzifə vaxtilə çalışdığım iş yerləri olub. Hazırda Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin və AMEA-nın təhsil şöbəsinin müdri vəzifələrində çalışıram. Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunduğum vaxt - 2021-ci ilin iyununda Akademiya prezidentinin köməkçisi vəzifəsindən öz ərizəmlə azad olunmuşam. 

Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri isə ictima əsaslarla olan bir vəzifədir və mən orada maaş almıram. 

Ümumiyyətlə, qanunvericilikdə də eyni vaxtda 5-6 yerdə işləməyə icazə verilmir. Əmək Məcəlləsinin tələbləri var və istənilən halda bundan kənara çıxmaq mümkün deyil. Buna görə də mənim eyni vaxtda 6 vəzifə daşımağım haqda iddia həqiqətəuyğun deyil. Kiminsə kiminləsə prinsipi, problemi var, amma ortada adi maaşa çalışan bir şəxsi qaralayırlar, ləkələyirlər. Mən səfirlikdə işləmişəm mənim bütün fəaliyyətimdən dövlətin xəbəri olub”. 

Qeyd: Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev “Yeni Sabah”la əlaqə saxlayaraq Ə. Məlikovun bir müddət əvvəl – Ramiz Mehdiyevin köməkçisi təyin olunandan sonra İnstitutdakı vəzifəsindən azad olunduğunu deyib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Orxan
    Ələddin Məlikovu tanıyanlar tanıyır və o insanın nəqədər alicənab biri olduğunuda bilənlər bilir.Siz bu absurd xəbəri paylaşmamışdan qabaq zəhmət çəkib o insanla yaxından tanış olub üz üzə danışsaydınız görmək istədiyiniz işdən xəcalət çəkib üzür istəyib gedərdiniz.Ümüdvaram ürəyinizin səsinə qulaq asıb peşmançılıq hissi keçirərək bəydən üzür istəyərsiniz.
    4 years ago
  • Ali
    Yenə sagolun ki, Ələddin Məlikovun öz fikirlərini də çap efməklə verdiyiniz məlumatın yalan və böhtan xarakterli oldugunu ortaya qoyursunuz.
    4 years ago
  • Gazanfar
    Ələddin müəllimi tanıyan tanıyır. Bu cür şər böhtanla reytinq qazanmayın!!!
    4 years ago
  • Jamal
    Ramiz Mehdiyeve Gucunuz chatmir ? Indide onun ischilerini lakaliyirsiniz
    4 years ago