“Amerika Ermənistanı Rusiyadan qoparmaq istəyir”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Amerika Ermənistanı Rusiyadan qoparmaq istəyir” - Politoloq

Siyasət

19 Sentyabr 2022 17:45 917


Sentyabrın 12-14-ü Ermənistanın təmas xəttində genişmiqyaslı təxribatlarının qarşısı alındıqdan sonra Nensi Pelosi dəstək məqsədilə İrəvana səfər edib. O, “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq” deyib. 

Ekspertlər hesab edir ki, Ermənistanın Qərbə inteqrasiya etməsi Rusiya ilə münasibətlərin pisləşməsinə gətirib çıxara bilər.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Xəyyam İsmayılzadə mövzuya münasibət bildirib. Pepperoni pizza

O, Yenisabah.az-a açıqlamasında deyib ki, Ermənistanın Qərbə arxalanması Rusiyanın narazılığına səbəb olub:

“Rusiya rəsmiləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə narazı münasibətini bildirib. Rusiya regionda Qərbin mövcudluğunu istəmir. Hazırda hakimiyyətə qarşı İrəvanın mərkəzində mitinqlər keçirilir. Xalq Ermənistanın KTMT-dən çıxmasını tələb edir. Bu isə KTMT-nin qoyduğu tələblərlə ziddir. Düşünürəm ki, Pelosinin bu situasiyada İrəvana səfəri Rusiya-Ermənistan münasibətlərinə ciddi təsir göstərməcəyək. Çünki Rusiya və Ermənistan müttəfiq dövlətdir. İki dövlət arasında müttəfiqlik barədə 49 saziş var. Lakin gələcəkdə Ermənistanın Avropaya və Qərbə inteqrasiya etməsi Rusiya-Ermənistan münasibətlərinə xələl gətirə bilər”.

Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, Ermənistanın Rusiyadan qopması uzun proses olacaq:

“Amerikanın Ermənistanı Rusiyadan qoparmaq istəyi göz qabağındadır. Ancaq bilmək lazımdır ki, Pelosinin səfəri ilə bu real görünmür. Çünki Ermənistan Rusiyaya bağlı bir dövlətdir. Hərbi, siyasi, iqtisadi əlaqələri birdən-birə dayandırmaq mümkünsüzdür. Proses çox uzun sürən bir proses olacaq”.

Nəsimi Ələsgərli 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!