Amerikalı admiral Ukraynada əsir götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı admiral Ukraynada əsir götürüldü

Dünya

18 May 2022 12:42 772


Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisində ABŞ ordusunun ehtiyatda olan admiralı Erik Olson Rusiya hərbçiləri tərəfindən əsir götürülüb. 

Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Bildirilib ki, Erik Olsonın əsir düşməsi ilə bağlı xəbər ABŞ-ın rəsmi qurumları tərəfindən təsdiqlənib.

Bundan əlavə, qeyd olunub ki, admiralla yanaşı britaniyalı polkovnik-leytenant Con Beyli və NATO-nun dörd hərbi təlimatçısı da Rusiya ordusuna əsir düşüb.  pizza sifarişi

Bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Azovstal”da blokadaya alınmış 694 silahlı əsir götürülüb. Lakin əsirlərin arasında xarici ölkə vətəndaşlarının olduğu qeyd edilməyib. Adları çəkilən hərbçilərin Rusiya qarşı döyüşlərdə iştirak etdiyi ehtimal olunur.

Xarici mənbələr isə Kanada, Fransa və Türkiyə hərbi zabitlərinin hələ də Mariupoldakı "Azovstal" zavodunun altındakı tunellərdə gizləndiyi barədə xəbərlər verirlər. 

Qeyd edək ki, admiral Erik Olson 38 ildən artıq xidmətdən sonra 22 avqust 2011-ci ildə təqaüdə çıxıb. O, əvvəllər komandan müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2007-ci ilin iyul ayına qədər ABŞ Xüsusi Əməliyyatlar Komandanı olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!