Amerikalı ekspert Boltonun İlham Əliyevə zəngindən danışdı

Amerikalı ekspert Boltonun İlham Əliyevə zəngindən danışdı

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 17:07 726


"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun prezident İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir".

Bunu Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, eləcə də regionda və onun hüdudlarından kənarda təhlükəsizlik məsələlərinin həlli üçün yaxşı imkan idi:

“Con Boltonun telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir. Prezident Donald Trampın administrasiyası növbəti dəfə Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi”.

ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, iki ölkə arasında ənənəvi ittifaq Qafqaz regionunda vəziyyətin sabitləşməsinə, Azərbaycanın suverenliyinin dəstəklənməsinə xidmət edir:

“Azərbaycan dünyanın iri iqtisadiyyatlarının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması Azərbaycanı regionda aparıcı müttəfiqə və Avrasiya nəqliyyat yolları üzərində əsas tərəfdaşa çevirdi”.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!