Amerikalı hakim İran əleyhinə təzminat qərarı çıxardı

Amerikalı hakim İran əleyhinə təzminat qərarı çıxardı

Dünya Saytların hazırlanması

23 Mart 2023 11:44 532


ABŞ-da Nyu-Yorkun federal hakimi İranı 1,68 milyard dollar təzminat ödəməyə məhkum edib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, o, 1983-cü ildə Livanda ABŞ dəniz piyadaları bazasının partladılması nəticəsində həlak olan hərbçilərin ölümündə rəsmi Tehranı təqsirli bilib.

Hakimi Loretta Perska deyib ki, federal qanuna əsasən, İran Mərkəzi Bankının suveren toxunulmazlığı 2019-cu ildə ləğv edilib.

Xatırladaq ki, 23 oktyabr 1983-cü ildə 241 Amerika dəniz piyadasının kazarması yaxınlığında avtomobil partladılıb. 2007-ci ildə federal məhkəmədə İrana qarşı 2,65 milyard dollarlıq təzminat qərarı çıxarılıb.

İran Mərkəzi Bankı dəfələrlə bildirib ki, bu şikayət xarici hökumətləri təqibdən qoruyan “Xarici dövlətlərin toxunulmazlığı haqqında qanun” çərçivəsində etibarlı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!