“ABŞ tərəfi Rikeri Azərbaycanın qarşısında ATƏT-in Minsk qrupunun həmsdəri kimi təqdim etmir".
Bunu Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfərini şərh edib. Dominos pizza
Xatırladaq ki, səfər barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel məlumat yayıb.
Öz növbəsində, Fərid Şəfiyev mövzuya dair bildirib:
“ABŞ tərəfi Azərbaycana müraciət edib, hətta mən də onunla görüşə dəvət almışam. Dəvətnaməsə yazılıb ki, Bakıya ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş məsləhətçi gələcək.
Onu deyim ki, bunu ABŞ tərəfi Filip Rikeri Azərbaycanın qarşısında ATƏT-in Minsk qrupunun həmsdəri kimi təqdim etmir. Belə olan halda, təbii ki, onu qarşılaya bilərik. Məndə olan məlumata görə, Riker rəsmən qəbul olunacaq”.
F. Şəfiyev əlavə edib ki, Azərbaycanın Minsk qrupuna amerikalı həmsədrin təyin olunmasına mövqeyi açıqlanıb:
“Filip Riker Bakıya gəldikdə öz mövqelərimizi səsləndirəcəyik. Əslində, onlar artıq mövqeyimizi bilirlər, amma yenə də Azərbaycanla danışıqlar aparmaq istəyirlər. Ola bilsin ki, qapalı şəkildə nəyisə çatdıracaqlar.
Aydındır ki, ABŞ burada ATƏT-in Minsk qrupunun canlandırılmasını istəyir. Deməzdim, buna təkid edəcəklər, amma istənilən halda buna getməyəcəyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız