Amerikalı senator Türkiyəni hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı senator Türkiyəni hədələdi

Dünya

19 May 2022 11:03 851


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Ankaranın İsveç və Finlandiyanın NATO-ya qəbulunu dəstəkləməyəcəyi təqdirdə Türkiyəni ABŞ-ın F-16 qırıcılarından imtina edəcəyi ilə hədələyib.

Yenisabah.az "The Washington Post"a istinadla xəbər verir ki, o, Ankaranın hərəkətlərini kəskin tənqid edərək, Rusiyadan "S-400" zenit-raket komplekslərini (SAM) almasından və ABŞ-ın müttəfiqi kimi Türkiyənin etibarlılığı ilə bağlı narahatlıq doğurduğunu deyib.

Menendes xatırladıb ki, Türkiyə yeni "F-16" qırıcısı almağa çalışır, onların satışı həm ABŞ prezidenti Co Bayden administrasiyası, həm də Konqresdən icazə tələb edir. Toyuqlu pizza

Senator deyib: "Ümid edirəm ki, administrasiya Ankaranın "F-16"-lar üçün təklifini nəzərdən keçirərkən bunu nəzərə alacaq. Hər hansı bir fikir əldə etmək istəyirsinizsə, Türkiyə prezidenti Tayyib Ərdoğana fərqli davranmasını söyləməlisiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!