Amerikalılar Trampa inanmadı - “Məqsədinə heç vaxt çatmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Amerikalılar Trampa inanmadı - “Məqsədinə heç vaxt çatmayacaq“

Dünya

18 Aprel 2026 13:10 445


ABŞ vətəndaşları Prezident Donald Trampın İranla bağlı açıqlamalarına inanmır.

“Yeni Sabah” “Politico”ya istinadən xəbər verir ki, bu, aparılan rəy sorğuları nəticəsində məlum olub.

Məlumata görə, Tramp İranda qələbə qazandığını iddia etməyə davam etsə də, amerikalıların əksəriyyəti bu fikirlə razılaşmır. Sorğu nəticələri göstərir ki, ABŞ ictimaiyyəti mümkün hərbi əməliyyatlara zəif dəstək verir, respondentlərin cəmi 38%-i İrana zərbələr endirilməsini dəstəkləyir. pizza

Araşdırmaya əsasən, amerikalıların 41%-i Trampın münaqişənin həlli üçün konkret planının olmadığını düşünür. Prezident qələbə elan etsə və müharibənin bitə biləcəyini desə də, sorğuda iştirak edənlərin yalnız 15%-i onun məqsədlərinə çatdığına inanır.

Respondentlərin təxminən 40%-i isə Trampın ya İrandakı məqsədlərinə heç vaxt çatmayacağını, ya da ümumiyyətlə aydın strategiyasının olmadığını bildirir. Bundan əlavə, iştirakçıların yarıya yaxını hesab edir ki, Tramp daxili problemlərlə müqayisədə beynəlxalq məsələlərə daha çox vaxt ayırır. Bu fikri bölüşənlər arasında 2024-cü il seçicilərinin də 29%-i yer alır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!