Amerikalıların yalnız 33%-i Baydenin yenidən prezident seçilməsini dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Amerikalıların yalnız 33%-i Baydenin yenidən prezident seçilməsini dəstəkləyir

Siyasət

16 Oktyabr 2022 19:55 753


ABŞ sakinlərinin əksəriyyəti 2024-cü ildə keçiriləcək prezident seçkilərində Amerika lideri Cozef Baydenə səs vermək fikrində deyil.

Yenisabah.az xəbər verir ki, bu barədə “Fox News” televiziyasının keçirdiyi sorğunun nəticələri göstərir.

Qeyd olunub ki, respondentlərin 54%-i başqasına, 33%-I isə Baydenə səs verməyə hazırlaşır. Vurğulanıb ki, Bayden üçün bu, onun ikinci müddətə getmək planlarının təsdiqlənməsinin ən aşağı göstəricisidir. Pepperoni pizza

Telekanalın araşdırmasına görə, doqquz ay əvvəl hazırkı dövlət başçısının yenidən seçilməsinə qarşı çıxanların sayı da daha çox idi - 60%.

Demokratlar Partiyasının tərəfdarları ən çox Baydenin ikinci müddətə getmək istəyini dəstəkləyir - 71%, respublikaçıların 91%-i başqa namizədə səs verməyə hazırlaşır. Eyni zamanda, müstəqil seçicilərin 13%-i Baydeni dəstəkləyir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!