Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başladı

Sosial

19 Avqust 2024 09:26 359


Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb. Marqarita pizza

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!