"Amili yazıçılarımızın yaradıcılığında keçən tipik cahil mollaların ümumi obrazıdır".
“Yeni Sabah” xəbər verir ki, bunu İranın Azərbaycana qarşı ikili siyasətini Trend-ə şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, İran birdən-birə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək və sanki Araz boyu Azərbaycana güc nümayiş etdirmək niyyəti ilə addım atdı: pizza
"İran bu addımı iki il qabaq atsaydı, hamı düşünərdi ki, Tehran ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində məscidləri dağıtmasına etiraz edir, çünki onlar özlərini müsəlman dövləti adlandırırlarsa, heysiyyata toxunan əsas məsələ məscidlərin dağıdılması olmalı idi. Ancaq Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi niyə İranı bu qədər qıcıqlandırmalıdır?! Niyə narahat etməlidir?! Onlar müsəlman deyillərmi?! Necə olur, Türkiyə, Pakistan müsəlman ölkələri kimi gəlib Azərbaycanla birgə hərbi təlimlərdə iştirak edir, amma İran əks tərəfdə bizə qarşı hərbi təlimlər keçir?! Bəs, onda İslam, müsəlmançılıq harada qaldı?
Azərbaycan əraziləri işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən bir dövlət, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra sərhəddə təlimə başlayır. Buna görə də Azərbaycan haqlı olaraq soruşur ki, bəs, indiyə qədər niyə təlim keçirmirdiniz?
Mənə elə gəlir ki, İran da öz siyasətində fərqli bir istiqamət tutacaq və anlayacaq ki, qonşularla münasibət qurmaq, Azərbaycanla səviyyəli əlaqələr yaratmaq İranın ancaq faydasına ola bilər. Məsələn, kommunikasiya xətlərinin açılmasından ən çox İran yararlanacaq. Ona görə də hansısa əsəbi formada Azərbaycana qarşı təhdid, yaxud da təzyiq göstərməyin heç bir mənası yoxdur. Bunun ancaq İran üçün mənfi nəticəsi ola bilər".
Deputat erməni işğalı dövründə iranlı işbazlar tərəfindən Azərbaycan ərazilərindən mülklərin sökülüb aparılmasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan bölgələrində iranlı işbazların dəsti-xətti aydın görünür: "Onlar ermənilərlə birgə həmin ərazilərdə insanlarımıza məxsus mülkləri söküb aparıblar. Azərbaycan tərəfinin bu məsələlər üzərində çox da durmaması o demək deyil ki, biz bunları unutmuşuq. Ona görə də İran çalışmalıdır ki, ermənilərlə birlikdə Azərbaycan ərazilərinin talan olunmasında iştirak etməklə yol verdiyi səhvi düzəltmək üçün müəyyən addımlar atmalıdır".
Telegram kanalımız