Bakıda amputant futbolu üzrə Millətlər Liqasında C qrupuna yekun vurulub. “Bayıl Arena”da təşkil olunan turnirin son günündə 3 oyun keçirilib.
Yenisabah.az xəbər verir ki, Azərbaycan millisi 2tça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.
9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb. pizza
Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutan Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşan İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.
Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atan Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.
Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər.
Telegram kanalımız