Ana 4 aylıq körpəsini döyüb öldürdü 

saytların hazırlanması

Evə çatdırılma

Ana 4 aylıq körpəsini döyüb öldürdü 

Kriminal

30 İyul 2024 14:02 1201


Rusiyanın Krasnoyarsk diyarında ana 4 aylıq oğlunu öldürüb. 

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Uyara şəhərində baş verib. 

Səhhətində ağrılar olan ana körpəni yedizdirməyə çalışsa da, uşaq sakitləşməyib. Daha da əsəbiləşən ana onun başını dəfələrlə divana vurub. Uşaq bir neçə gün zədə ilə yaşayıb, lakin iyulun 27-də ana oğlunu yenidən döyüb. Sonra ehtiyatsızlıqdan yerə yıxılıb və uşağı əzib.  Marqarita pizza

Qadın həkimləri çağırsa da, körpəni xilas etmək mümkün olmayıb. Uşağa kəllə əsasının sınığı, qapalı kəllə-beyin travması, kəllə sümüyünün əsas hissəsinin sınığı və beyin əzilməsi diaqnozu qoyulub. 

Ana həbs edilib, 3 yaşlı böyük oğlu isə ixtisaslaşdırılmış müəssisəyə aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!