Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" verilişində maraqlı anlar yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, verilişə müraciət edən Pərvanə adlı qadın bildirib ki, 8 aylıq körpəsini itirib. Veriliş zamanı xanım müəyyən etirafları edib. O, bildirib ki, uşağı 8 aylıq olanda "Şıxov" çimərliyində quma basdırıb. Daha sonra çay almaq adı ilə sahildən kənarlaşan ana qayıdandan sonra uşağını tapa bilməyib. Amil Xəlilin "8 aylıq uşağı niyə quma basdırdın?" sualına Pərvanə "həkim tapşırmışdı" deyə cavab verib.
Qeyd edək ki, verilişin sonuna yaxın uşağın hazırda sağ olması və hansı bölgədə olması barəsində məlumatlar daxil olub. Dominos pizza
Xatırladaq ki, "Gəl dərdini danış" həftə içi hər gün saat 12:20-də Space Tv-də yayımlanır.
Telegram kanalımız